“Sabah” tarixinin ilk medalına qovuşdu
29.05.2023 , 16:53

Azərbaycan Premyer Liqasında 2022/2023-ci illər mövsümünün gümüş mükafatçısı “Sabah” olub.
Korner.az xəbər verir ki, bu, 2017-ci ildə yaradılan klubun qazandığı ilk medaldır .
“Azersun Arena”da “Sabah”a mükafat AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, AFFA-nın baş katibi Sərxan Hacıyevin iştirak etdiyi tədbirdə təqdim edilib.
