Konfrans Liqası: “Qarabağ”, “Sumqayıt” və “Keşlə”nin potensial rəqibləri
16.06.2021 , 10:18
Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Korner.az-ın məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edəcək “Qarabağ”, “Sumqayıt” və “Keşlə”nin də potensial rəqibləri müəyyənləşib. Püşkatma zamanı “Qarabağ” səpələnmişlər, digər iki komanda isə səpələnməmişlər səbətində yer alıb.
“Sumqayıt”ın potensial rəqibləri: “Apollon” (Kipr), “Hapoel” (Beer-Şeva, İsrail), “Çukariçki” (Serbiya), “Styaua” (Rumıniya) və ya “Vorskla”ya (Ukrayna).
“Keşlə”nin potensial rəqibləri: AEL (Kipr), “Sivasspor” (Türkiyə), “Soçi” (Rusiya), “Astana” (Qazaxıstan) və “Makkabi”dir (Təl-Əviv, İsrail).
“Qarabağ”-ın potensial rəqibləri: “Velej” (Bosniya və Herseqovina) – “Kolreyn” (Şimali İrlandiya), “Payde” (Estoniya) – “Şlyonsk” (Polşa), “Laçi” (Albaniya) – “Buduçnost” (Monteneqro) cütlərinin qalibi, “Aşdod” (İsrail) və ya “Lokomotiv”lə (Bolqarsıtan).
Qeyd edək ki, 2-ci təsnifat mərhələsində ilk oyunlar iyulun 22-də, cavab matçları isə iyulun 29-da keçiriləcək.