Klopp 600-ə çatdı
23.09.2018 , 16:11
“Liverpul”un baş məşqçisi Yurqen Klopp beynəlxalq çempionatlarda 600-cü oyununu keçirib.
Bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytı məlumat verib. Xəbərdə Kloppun “qırmızılar”ın “sükanı arxasında” Southampton-a qarşı keçirdiyi oyunun onun məşqçi karyerasında 600-cü matçı olduğu qeyd olunub.
Daha əvvəl Mainz və Dortmund “Borussiya”sını, hazırda “Liverpul”u çalışdıran alman mütəxəssis, 600 oyunda 296 qələbə qazanıb, 146 məğlubiyyət görüb və 158 dəfə heç-heçə edib.