Keyn Avropa çempionatını buraxacaq
17.01.2020 , 21:15

“Tottenhem”in hücumçusu Harri Keyn Avropa çempionatında İngiltərə millisinə kömək edə bilməyəcək.
Korner.az xəbər verir ki, əməliyyat edilən 27 yaşlı futbolçunun 6 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir.
Xatırladaq ki, Keyn İngiltərə Premyer Liqasının XXI turunda “Sauthempton”la matçda zədələnmişdi.
