Keylor Navas “Real”da qalacaq
22.11.2018 , 11:59

“Real” Tibo Kurtuanın transferindən sonra əsas heyətdə yerini itirən Keylor Navasla bağlı qərar verib.
“Kral klubu” kosta-rikalı qapıçı ilə müqaviləni uzatmağa qərar verib. Onun illik maaşı 4 milyonda avrodan 5 milyona yüksəldiləcək və 2021-ci ilə qədər anlaşma imzalanacaq.
Qeyd edək ki, 31 yaşlı qapıçı 2014-cü ildə “Levante”də “Real”a keçib.
