“Keşlə” və “Qəbələ”nin futbolçuları cəzalandı
10.12.2021 , 13:25
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Korner.az xəbər verir ki, iclasda Premyer Liqanın 13-cü turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.
“Keşlə” – “Səbail” oyununda “Keşlə” klubunun futbolçusu Anatole Abanq ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Zirə” – “Qəbələ” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Qəbələ” klubunun futbolçusu Omar Hani ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.