“Keşlə”nin futbolçusu milliyə çağırıldı
04.10.2018 , 10:50
Litva yığmasının heyəti açıqlanıb.
Baş məşqçi Edqaras Yankauskas heyətə 23 oyunçunun adını daxil edib. Onun dəvət göndərdiyi futbolçular arasında “Keşlə”nin şərəfini qoruyan Edvinas Girdvainis də var.
Litva yığması oktyabrın 11-də Rumıniyanı, ayın 14-də isə Çernoqoriyanı qəbul edəcək.