Bazar günündən etibarən "İnter" "Şəfa" stadionunda hazırlıqlara start verib.
Korner.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, komandanın baş məşqçisi Kaxaber Tsxadadze "İnter TV"-nin çəkiliş qrupuna geniş müsahibə verib. Həmin müsahibədə K.Tsxadadze mövsümün startını dəyərləndirib, komandanın hazırlığı haqqında məlumat verib və digər sualları cavablandırıb.
"Əgər çempionatın bütün oyunlarını təhlil etsək, görərik ki, hərbir oyunda üstünlüyümüz var, istər topa sahib çıxmada, istər futbolçuların texniki-taktiki fəaliyyətlərində, istərsə də onların funksional hazırlıqları baxımından. Keçən mövsümlə müqayisədə biz təkbaşına mübarizədə göstəriciləri yaxşılaşdırmışıq", deyə baş məşqçi bildirib.