Bu gün bır sıra elektron informasiya saytlarında belə bir məlumat yayılıb ki, Özbəkistanın “Bunyedkor” futbol klubunun ispaniyalı yarımmüdafiəçisi Karlos Koto “İnter”in maraq dairəsindədir.
Korner.az-ın məlumatına görə, məsələyə aydınlıq gətirmək məqsədilə komandanın baş məşqçisi Kaxaber Sxadadze klubun rəsmi saytına açıqlama verib.
Gürcüstanlı çalışdırıcı açıqlamasında bildirib ki, Karlos Koto ilə heç zaman maraqlanmayıb və həmin futbolçu “İnter”in hədəfində deyil.
