"Meydança bərbad vəziyyətdə olduğu üçün oyunumuz yaxşı alınmadı"
Korner.az-ın məlumatına görə bu sözləri “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 17-ci tur çərçivəsində keçirilən "İnter"-Kəpəz" oyunundan sonra bildirib.
“Meydança bərbad vəziyyətdə olduğu üçün oyunumuz yaxşı alınmadı. Ümumilikdə komanda pis oynamadı, qol imkanlarımız olsa da hamısından yararlana bilmədik. Bundan əlavə rəqib komandanın qapıçısı da bir sıra epizodlarda komandasını xilas etdi. Azərbaycan çempionatının oyunları belə meydançalarda oynanmalıdır. Artıq ölkədə futbolda inkişaf edir, “Neftçi” Avroliqanın qrup mərhələsində çıxış etdi. Lakin bu cür meydanlarda futbol oynamaq olmaz”.
