Ötən günlərin birində sevgilisi İlker Kasilyas ilə Madriddə gəzintiyə çıxan xanım müxbir Sara Karbenero onların şəklini çəkməyə çalışan öz həmkarının fotoaparatını qırmağa çalışıb.
Korner.az-ın məlumatına görə, Karbenero əvvəlcə jurnalistlərə "bircə dəfə çəkin və buradan uzaqlaşın" – ifadələrini işlədib. Lakin müxbirlər cütlüyü təqib etməyə başladıqda Kasilyasın sevgilisinin qəzəbinə tuş gəliblər. Xanım Sara Karbenero həmkarına yaxınlaşaraq onun əlindəki fotoaparatını qırmaq istəyib. Lakin Kasilyas araya girərək vəziyyəti düzəldib.