Uruqvaylı
futbolçu Martin Kaseres İtaliya A Seriasında mübarizə aparan “Milan” klubu ilə
müqavilə imzalamaqdan imtina edib.
Korner.az-ın
məlumatına görə, bu haqda İtaliya mediası xəbər yayıb.
“Milan”
klubunun meneceri: “Biz Martinə müqaviləni təqdim etdik, lakin sazişin şərtləri onu qane etmədi. Bütün tibbi müayinələrdən
keçmişdi, amma razılaşa bilmədik. Ona uğurlar arzu edirəm. Bizim üçün faydalı
ola biləcəyini düşünürdüm. Bundan sonra Luka Antonelli və Mattia De Şiqlionun
sağalmasını gözləyəcəyik. Transfer pəncərəsi bağlanıb”.
Uruqvaylı
futbolçunu Rusiyanın “Lokomotiv” klubunun transfer etmək istədiyi bildirilir.
