big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Kamran Quliyev: “Çempionatı tərk edən komanda kimə lazımdı?” – MÜSAHİBƏ

20.03.2015 , 08:38

Korner.az apasport.az-a istinadən “Sumqayıt”ın prezidenti Kamran Quliyevin müsahibəsini təqdim edir. 

– Komandanızın cari mövsümdəki oyunundan və nəticələrindən razısınız?

 
– Çempionata çox yaxşı başlamışdıq, hətta lider idik. Bizim bir neçə tur ilk pillədə olmağımızın səbəbi iddialı komandaların zəif start götürməsi idi. Ondan sonra başa düşüləsi bir eniş yaşandı. Təbii ki, keyfiyyət baxımdan arada fərq var. Lazımi xallarını yığmağı bacaran komandalar sonra bir-bir bizi keçdilər.
 
– Sizcə, “Sumqayıt” hazırkı yerə layiqdi?
 
– Heyfsiləndiyimiz oyunlar çox oldu. Hesabda öndə ola-ola sonda məğlub olduğumuz matçlar var. Məsələn, “Simurq”la Zaqataladakı qarşılaşmada 2 top fərqi ilə öndə olsaq da, sonda uduzduq. “Qəbələ” ilə səfər görüşündə qeydə alınmayan qolumuz komandanın əhval-ruhiyyəsinə təsir etdi, nəticədə məğlub olduq. Yəni xal və ya xallar qazanmalı olduğumuz oyunlar var idi. Fikrimcə, hazırda 6-7-ci yerlər uğrunda mübarizə apara bilərdik.
 
– Bunu nə ilə əlaqələndirmək olar?
 
– İlk növbədə bəxt amili ilə. Təbii ki, keyfiyyət çatışmazlığı da oldu. Müəyyən texniki səhvlərə yol verdik. Ancaq uğurlu oyunlarımız da oldu. “Xəzər Lənkəran”ı ötən il Lənkəranda məğlub etdik, “Simurq”u üstələdik. Bir az bəxtimiz gətirsəydi, daha çox xal yığardıq. Amma buna da şükür.
 
– “Sumqayıt” hazırda təhlükəli zonadadı. Komandanın I diviziona düşmək təhlükəsi sizi narahat etmir?
 
– Əlbəttə ki, narahat edir. Ancaq biz aşağıdakı komandanı düşünsək səhv edərik. Çalışmalıyıq bizdən yuxarıda qərarlaşan rəqibləri qabaqlayaq. Hazırda “Xəzər Lənkəran”ı qabaqlamaq barədə düşünürük.
 
– Komandada sizin ümidlərinizi doğrulda bilməyən futbolçular varmı?
 
– Onların adlarını çəkmək düzgün olmaz. Qışda Kiyan Sultanpurla vidalaşdıq. O bura gələndə haqqında çoxlu məlumat toplamışdıq. Texniki heyət də onu dərindən araşdırmışdı. Biz rəhbərlik olaraq baş menecerin, məşqçilər korpusunun rəyinə görə hərəkət edirik, onların istədiyi futbolçu ilə məsələnin maddi tərəfini müzakirə edirik. Transfer işinə qarışmırıq. Kiyan hamının ürəyindən keçən futbolçu idi. Sadəcə, burda oyunu alınmadı. Təbii ki, gözlədiyimizdən çox xeyir verən oyunçular da oldu. Onların da adlarını çəkməyim doğru olmaz. Çünki futbolçunu çox tərifləmək olmur. Burda özünü doğruldan futbolçu ya daha iddialı komandaların diqqət mərkəzinə düşür, ya da yığmaya cəlb edilir.
 
– Baş məşqçi Aqil Məmmədovla bağlı gələcək planlarınız nələrdi?
 
– Bu barədə indidən nəsə deyə bilmərəm, çünki hələ mövsüm bitməyib. Cari mövsümlə bağlı qarşıya qoyulmuş məqsədlər var. Hədəf də ötən mövsümdəki nəticəni yaxşılaşdırmaqdı.
 
– Komanda ardıcıl uğursuz nəticələr göstərəndə baş məşqçinin istefası müzakirəyə çıxarılır…
 
– Bu mövsüm klub daxilində Aqil müəllimin istefaya göndərilməsi məsələsi gündəmdə olmayıb. Mətbuatda və ya futbol ictimaiyyətində bu barədə danışıla bilər. Hər kəsin fikrinə hörmətlə yanaşırıq. Ancaq bizim uzunmüddətli strategiyamız var. Mətbuatın və ictimaiyyətin rəyinə, fikrinə qulaq asırıq, ancaq klubun strategiyasına uyğun qərar veririk.
 
– Aqil Məmmədovun fəaliyyətindən razısınız?
 
– Razıyıq ki, işləyir. Aqil müəllim indiyə qədər baş məşqçi fəaliyyətini davam etdirirsə, deməli, uğurlu olub. Qarşısına qoyulan məqsədlərin tam olmasa da, bir qisminin öhdəsindən gələ bilib ki, hazırda işinin başındadı. Amma hər hansı bir insan son iş gününə qədər öz üzərində işləməli, bilik və bacarığını artırmalıdı. Bu, Aqil Məmmədova da aiddi, digər məşqçilərə də.
 
– Təvəkkül Məmmədovun məsələsi nə yerdə qaldı?
 
– Bu məsələnin çözülməsi üçün AFFA bizə müraciət edib. Çünki biz də şikayət məktubu göndərib, lazımi sənədləri təqdim etmişik. Futbolçu ya xahiş, ya da bildiriş yazıb. Səhv etmirəmsə, bütün sənədləri təqdim etməyib. Bu da o deməkdi ki, bizə qarşı atılan ittihamlar əsassızdı. Haqq bizim tərəfimizdədi. Çünki futbolçuya hər cür şərait yaradılmışdı. Ona qarşı hansısa haqsızlıq olmayıb. Biz ilk gündən bu məsələnin sakit yolla həllinin tərəfdarı idik. Hazırda proses davam edir. Böyük ehtimalla yaxın günlərdə bu məsələyə son qoyulacaq.
 
– Gələn mövsüm də Premyer Liqada 10 komanda mübarizə aparacaq. Sizcə, bu, ideal variantdı?
 
– İstənilən komandanın fəaliyyəti onun maliyyəsindən asılıdı. Uğurlu çıxışda tək səbəb maliyyə olmasa da, bunun böyük təsiri var. Hər bir klub büdcəyə uyğun fəaliyyət göstərir. Məsələn, “Sumqayıt”ın büdcəsi ilə “Neftçi” və “Qarabağ”ın büdcəsi arasında böyük fərq var. Ancaq fəaliyyətimizdə stabilliyi təmin edə bilmişik. Şəxsən mən də çempionatda daha çox komandanın iştirakını istərdim. Amma reallığı da nəzərə almaq lazımdı. Premyer Liqada iştirak etmək üçün U-9-dan U-19-a qədər komandaların olmalıdı. Onların ezamiyyətləri var, məşqçilərinin maaşları var, xərcləri var. Bu yükün altına girmək üçün büdcən olmalıdı. Yoxsa mövsümün gedişində çempionatı müəyyən səbəbə görə tərk edən komandalar kimə lazımdı? Biz çıxıb Premyer Liqada oynadıq deməklə iş bitmir. Peşəkar olmayan komanda gedib həvəskarlar liqasında oynasın.

Son yazılar

To Top