big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Kəpəz” daha yuxarı yerlərə layiqdir”

04.02.2016 , 15:36

Bu gün doğum gününü qeyd edən “Kəpəz”in futbolçusu Elvin Cəbrayllı klubun rəsmi saytına müsahibə verib.

– Doğum günü ilə bağlı xüsusi hədiyyə gözləyirsən?

– Mənim üçün əsas hədiyyə “Kəpəz”in heyətində çempionat matçında debütüm və qazandığımız qələbə oldu. Doğrudan da yaxşı oynadıq. “Qəbələ” kimi komandaya qarşı layiqincə mübarizə aparmağımızı və üç qol vuracağımızı heç kim gözləmirdi. Rəqib mövsümün ikinci hissəsinə Türkiyədə, biz isə Yevlaxda hazırlaşmışdıq. Ona görə də kağız üzərində hamı onları favorit göstərirdi. Amma biz sübut etdik ki, qələbəyə layiq olan tərəf bizik. “Kəpəz” Premyer Liqada daha yuxarı yerlərə layiqdir. Bunun üçün də mübarizəmizi davam etdiririk.    

– Oyunun sonlarında meydana daxil olsan da, ab-havanı hiss edə bildin?

– Baş məşqçimiz Şahin Diniyev məni meydana buraxanda ilk anlarda həyacanlı idim. Stadionda möhtəşəm atmosfer vardı. Azarkeşlərimiz oyunu qızışdırdı. “Kəpəz”də ilk oyunumun olmağı və fanatların çılğın dəstəyi məni həyacanlandırdı. Amma oyunda uşaqların əzmkar mübarizəsini duyduqdan sonra hər şey yerinə düşdü. Azarkeşlərimiz Azərbaycanda bir nömrədir. “Kəpəz” ölkədə ən çox azarkeşı olan klubdur.

– Yəqin ki, baş məşqçidən gələcək oyunlar üçün yenə şans gözləyirsən.

– Əlbəttə, öncə etimada görə Şahin Diniyevə təşəkkür edirəm. Az oynasam belə meydana çıxdığım üçün sevincliyəm. Əgər yenə şans verilsə, əlimdən gələni edəcəm. Nə qədər oynamağımın və kimin oynamasının fərqi yoxdur. Əsas olan komandanın qələbəsidir. Məncə, düzgün yoldayıq, bunun da nəticəsini mövsümün sonunda görəcəyik.

–  Yəqin ki, Avroliqaya vəsiqəni nəzərdə tutursan.

– Bəli, çempionatda avrokuboka vəsiqə verən yerlər uğrunda oynayırıq. Oyunumuzla bunu sübut etməyə çalışırıq. İnşallah, mövsümün sonunda Premyer Liqanı arzuladığımız yerdə başa vurarıq.

– Şahin Diniyev haqda minimumdan maksimum əldə edən məşqçi kimi bəhs edirlər. Bu barədə sən nə deyə bilərsən?

– Düz deyirlər, yeni yaranmış komandayıq. Şahin Diniyev tez bir zamanda yığdığı heyətlə necə məşqçi olmasını bir daha sübut etdi. O, göstərdi ki, qısa vaxtda nəticə verməyə qadir mütəxəssisdir. Qismət olarsa, futbolçu kimi uzun illər onun rəhbərliyi altında oynamaq istərdim. İndi onun komandasında olduğum üçün xoşbəxtəm. Məşqçimizdən çox şey öyrənirik

Son yazılar

To Top