Topaz Premyer Liqasının 24-cü turunda səfərdə “Qarabağ” ilə üz-üzə gələcək “Kəpəz” qarşıdakı oyunun hazırlıqlarını tamamlayıb.
Korner.az-ın məlumatına görə, bu haqda klubun rəsmi saytı (kapazpfc.az) xəbər yayıb.
Komanda bu gün son məşqinə çıxıb. Hazırlıq prosesi matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda olub. Məşq təxminən 50 dəqiqə davam edib.
“Sarı-göylər”in heyətində zədəli olmasa da, itki var. Ağdam klubuna qarşı görüşdə cəzalılar – Nicat Qurbanov və Şəhriyar Rəhimov iştirak edə bilməyəcək.