İtaliya klubları məşqləri bərpa edir
26.04.2020 , 17:46
İtaliya A Seriyası klublarının məşqlərə başlayacağı vaxt məlum olub.
Korner.az xəbər verir ki, ölkənin baş naziri Cüzeppe Konte mayın 4-dən karantin rejiminin şərtlərinin yumşaldılacağını bildirib.
Bu tarixdən etibarən futbolçular fərdi məşqlərə başlaya biləcək. Mayın 18-dən isə komanda məşqlərinə icazə veriləcək.