İtaliyanın “İnter” klubunun baş məşqçisi Andrea Stromoçionio tutduğu vəzifədən istefa verib.
Korner.az-ın məlumatına görə, “neradzurra”ya 1,5 ildir ki, başçılıq edən 37 yaşlı mütəxəssis vəzifəsinin öhdəsindən gəlməyi bacarmayıb. Bu mövsüm Stromoççonionun rəhbərliyi altında Milan şəhərinin təmsilçisi 16 qələbə, 6 heç-heçə və 16 yenilgi alıb.
İtaliya mətbuatında yayılan xəbərə görə, Stromoçionionu bu postda “Napoli”dən ayrılan Valter Mazzari əvəzləyəcək.