İsrafilovlu “Albasete” səfərdə məğlub oldu
13.12.2020 , 12:59
İspaniya II liqasında XVIII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” səfərdə “Kastelyon”a məğlub olub – 0:3.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, 64-cü dəqiqədə meydana buraxılıb.
“Albasete” hazırda 11 xalla 22 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.