big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

İspaniyada çıxış edən futbolçu millimizdə oynamaq üçün AFFA-dan 500 min avro istəyib

04.07.2013 , 08:04

İspaniya çempionatının II divizionunda çıxış edən “Real Mursia” klubunun üzvü Eddi İsrafilov Azərbaycan milli komandasında çıxış etmək müqabilində AFFA-dan 500 min avro vəsait istəyib. 

Korner.az-ın məlumatına görə, bu haqda məlumatı AFFA-nın saytı yayıb.

Məlumatda xatırladılıb ki, Eddi İsrafilov Azərbaycan milli komandasında yoxlanış üçün millimizin mayın 25-dən 30-dək Qətərin Doha şəhərində keçirilmiş təlim-məşq toplanışına dəvət olunub. Danışıqlar zamanı futbolçu əvvəlcə ilkin razılıq versə də, sonradan qəti qərara gəlmədiyini bildirib. O, bununla əlaqədar, Azərbaycan milli komandasının Qətərdə keçirilmiş təlim-məşq toplanışında iştirak etməyib.

AFFA-nın məlumatında qeyd olunub ki, federasiya Eddi İsrafilovun valideynləri və meneceri ilə danışıqları davam etdirib. Onlar İsrafilovun İspaniya milli komandasına dəvət almaq ehtimalının olduğunu əsas gətirərək, Azərbaycan milli komandasında çıxış etmək müqabilində AFFA-dan 500 min avro vəsait istəyib.

“Milli komandada hər hansı məbləğ qarşılığında oynamağın yolverilməz olduğunu bildirən AFFA Eddi İsrafilovun təklifini qəbul etməyib və qeyd edib ki, millinin şərəfini qorumaq hər bir idmancı üçün müqəddəs borc hesab olunmalıdır.

AFFA Eddi İsrafilova İspaniya milli komandasına dəvət olunmaq məsələsində və gələcək futbolçu karyerasında uğurlar arzulayır” – deyə qurumu rəsmi saytının məlumatında bildirilir.

Son yazılar

To Top