Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarında ikinci tur keçiriləcək.
Korner.az-ın məlumatına görə, A qrupunda yer alan yığmamız Səudiyyə Ərəbistanı ilə üz-üzə gələcək.
İlk turda Kamerunla heç-heçə edən Yaşar Vahabzadənin komandası ikinci matçda qələbə qazanmaqla qrupdan çıxmağa çalışacaq.
Qrupun digər oyununda isə Kamerun Mərakeşi sınağa çəkəcək.
11 may
İslam Həmrəylik Oyunları
II tur
A qrupu
12:30. Kamerun – Mərakeş
18:30. Azərbaycan – Səudiyyə Ərəbistanı
