big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

İşi çətinə düşənlərin diktofonu və videokaseti xatırlaması – YAZI

15.11.2015 , 14:46

Nəhayət ki, Anar Salmanovun apreldən bu yana dilində saqqız etdiyi məşhur o videokaseti görə bildik.Sadiq oxucularımızın xatirində olar, bu məsələ hələ ilk dəfə ictimaiyyətdə əks-səda doğuranda, saytımız araşdırmalara başlamış, qalmaqalda adı hallanan şəxslərdən bir neçəsinin açıqlamasını təqdim etmişdi. Əlbəttə, hakimlərimizin adının belə hadisələrdə çəkilməsi çox biabırçı vəziyyətdir. Əgər Asim- Xudiyev, Ramiz Əsədov və Xaqani Məmmədov “triosu” 14 il əvvəlki “peraşki dövrü”nün  səfaləti və bundan irəli gələn acgözlüklə belə bir işə cəhd etmək istəyiblərsə, hüquq-mühafizə orqanları məsələni ciddi cəhdlə araşdırmalı və günahkarların cəza almasına nail olmalıdır.

Xaqani Məmmədovun belə bir hadisədə adının hallanması şəxsən məni zərrə olsun təəccübləndirmədi. Adam elə situasiya yaradıb ki, sanki bütün futbol ictimaiyyətinin işi-gücü qurtarıb, dərdimiz-amalımız ona şər, böhtan atmaqdı. Müəllim, videokaset yayılandan sonra idman mətbuatına açıqlama verib ki, “Montajdır, inanmayın”! Məncə,son dövrlərin ən geniş yayılmış və əsassız bəhanələri arasında “montajdır, dublyajdır” qəbildən sözlər ilk pillələri tutur. Vallah, əla şeydir, kimin nə əyər-əskik işi ortaya çıxsa bu tip bəhanələrlə işdən çıxa bilərlər. Əlbəttə, demokratik və hüquqi qanunlarla idarə olunan bir ölkədə yaşayırıq, kiminsə şərəf vvə ləyaqətini təhiq etməyə, ona əsassız iddialarla böhtan atmağa heç kimin haqqı yoxdur.Xaqani müəllim, bu yöndə işi məhkəməyə verə, peşəkar komputer mütəxəssisləri tərəfindən videonun hansısa şəkildə oynamalara məruz qalıb-qalmadığını müəyyənləşdirə bilər. Təbii ki, əgər Məmmədov iddiaların əsassız olduğuna özü inanırsa. Hə, maraqlıdır ki, sözügedən videonun mübahisə doğuran anda şərhçi 4-cü hakimin nəsə dediyini bildirir. Yox,  yenə də Xaqani müəllimin üstünə çox getməyək. Bəlkə də, Məmmədovu gözügötürməyən xainlər həmin anı da montaj ediblər? Bir də mümkünsə, videonun üzərində kim belə ustalıqla oynayıbsa, proqramın adını və üsullarını bizə də bildirsin, gələcəkdə lazım olar. Amma əslinə qalsa, ABŞ və Avropa təcrübəsindən bizə məlum olduğu qədər, videonun motaj olub-olmamasından asılı olmayaraq Xaqani müəllimin istefasını daha düzgün hesab edirəm. Ən azından Məmmədovun, öz şəxsi nüfuzunu qorumaq baxımından bu addımı daha məqsədəuyğun olar, bütün bu həngamələrdən sonra futbol ictimaiyyəti onun hər addımına şübhə ilə yanaşacaq, gənc kadrların gözündən düşəcək. Məmmədov 7 ildir ki, davam edən karyerası ərzində İmamxan Sultani, Babək Quliyev, Anar Salmanov, Elnur Əşrəfoğlu başda olmaqla bir çox şəxs ilə münaqişələr yaşayıb. Təbii ki, bura Azərbaycandır, ölkəmizin özü üçün “yazılmamış cəngəllik qanunları” var.  Xaqani Məmmədovun istefaya öz xoşu ilə istefaya getməsi inandırıcı olmasa da, adının təmiz qalmasını istəyirsə, iddiaların əsassız olduğunu sübut etməyə məcburdur!

Bizimkilərin belə bir lənətəgəlmiş xasiyyəti var: İşlər yaxşı gedəndə mətbuat onlar üçün heç nədir, dəfələrlə edilən zənglərə, edilən müsahibə cəhdlərinə çox nadir hallarda və həvəssiz şəkildə cavab verər, sanki jurnalistin həmin adamın dədəsinin dədəsinə borcu var.  Amma elə ki, işləri çətinə düşdü, çıxarlar diktofon axtarışına, çayxana stollarında saatlarını itirməyə razı olarlar. Təbii ki, bu artıq illərlə formalaşmış ənənədir, indiki vəziyyətdə onu dəyişmək iqtidarında deyilik. Xaqani müəllim də bu baxımdan istisna deyil. Yaxşı, xatırlayıram, bu ilin may ayında Anar Salmanov bəndənizə verdiyi açıqlamada Xaqani Məmmədova qarşı, yetərincə ağır ittihamlar irəli sürmüş, fikrinin sonunda isə məsələ ilə bağlı hakimlər komitəsinin sədri ilə də danışmağımızı vacib hesab etmişdi. Biz də, həm Salmanovun xahişini yerə salmamaq adına, həm də obyektivliyimizi üçün qorumaq üçün Xaqani Məmmədovla əlaqə saxlamağa bir neçə dəfə cəhd göstərmişdik. Saysız-hesabsız zənglərdən və Məmmədovun 2 saat davam edən toplantısından sonra Xaqani müəllim həmin xəbəri oxumadığını, məsələ haqda AFFA-nın mətbuat xidmətinə müraciət etməli olduğumuzu bildirmişdi. Sözügedən iddiaların məzmunu ilə Xaqani müəllimi tanış edə etmək təklifini bildirdikdə aldığım cavab “mənfi” oldu. Səbəbini soruşduqda isə “sözü bir dəfə deyərlər” bildirib, əlaqəni kəsdi.Mən də Xaqani müəllimin xahişini yerə salmayıb, məsələ ilə bağlı AFFA-ya informasiya sorğusu göndərmişdim. Aldığım cavabda: “Suallarınız Xaqani Məmmədova göndərildi. Özü ilə əlaqə saxlaya bilərsiz” sözlərinə yer verilmişdi. Biz də həmin məktubun verdiyi cəsarət ilə, yenidən Hakimlər Komitəsi sədrinə zəng edərək, suallarımızı ünvanladıq. Xaqani bəydən aldığımız cavab isə gözlənilməz oldu: “ “İmkan verəcəksiz işləyək?! Mən məgər məcburam sizin suallarınızı cavablandırmağa?”  Əlbəttə, istənilən şəxsin jurnalistin açıqlama təklifini geri çevirmək hüququ var. Amma media nümayəndəsini primitiv informasiyadan belə məhrum etmək, “Burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə jurnalistə vəzifə borcunu yerinə yetirdiyinə görə aqressiya nümayiş etdirmək yolverilməzdir . Həmin hadisəyə qədər də bir neçə dəfə Xaqani müəllim, suallarıma cavab verməkdən boyun qaçırmış, 2 dəqiqəlik açıqlamanı çox görərək aqressiv və yolaverdi fikirlər səsləndirmişdi.  Anladığım qədəri ilə, Xaqani müəllim həddindən artıq işləyir, başı o qədər qarışıq olur ki, həmin vaxt 2 dəqiqəlik söhbəti vaxt itkisi hesab etmişdi. Təxminən ilyarım öncə jurnalist həmkarlarımdan birinin yazısından kiçik bir qeydi təqdim etməyi özümə borc bilirəm: “Bir kiçik yazı üçün 10 sual işarəsi həddindən artıq və ritorik görünə bilər. Yaxşı olardı ki, bunlardan bir neçəsini Xaqani Məmmədovun özünə ünvanlayım, cavab alım. Açığı, bu yaxınlarda AFFA-ya yolumu salmışdım, hətta Hakimlər Komitəsinin otağının qarşısında da dayandım. Ancaq içəridən eşidilən nərd səsindən sədrin məşğul biri olduğunu anladım.”

P.S Bu yazıda Anar Salmanova dəstək verdiyimi düşünməyin. Əslinə qalsa, mən Salmanovun bu məsələdə səmimiliyinə böyük şübhə ilə yanaşıram. Çünki o bu günə qədər nə danışıbsa, həqiqətən Xaqani Məmmədovu futbolumuz üçün təhlükə hesab elədiyinə,Babək Quliyevin,, İmamxan Sultani haqqını müdafiə etdiyinə görə yox, öz şəxsi mənafeyinin tapdalanmasına görə edib. Anar Salmanova buna qədər 2 dəfə (2014-cü ilin sentyabr və dekabr aylarında)  Xaqani Məmmədovla münasibətləri ilə bağlı sual ünvanlamışam və bunlar arasında təzad yerlə-göy qədərdir. Nə qəribədir ki, Salmanov Xaqani Məmmədovla bağlı həqiqətləri yalnız FİFA hakimliyindən kənarlaşdırıldıqdan sonra danışmağa başlayıb. Əlbəttə, Anar müəllimin həmin videodan yetərincə uzun müddətdir ki, xəbəri var idi. Onun bu qədər gözləyib, Əliyar Ağayevin qrup mərhələsinə təyinat alması xəbərindən sonra videokaseti mətbu orqanlara təqdim etməsi  şübhə doğurmaya bilməz. Düzür, sabiq FİFA referisi videonun ictimailəşməsində rolunun olmadığını bildirsə də, həqiqəti əks etdirdiyini inanmaqda çətinlik çəkirəm.

Ürfan Məmmədzadə    

Son yazılar

To Top