"Oyun bizim üçün yaxşı keçdi. Oyuna biz daha yaxşı başlamışdıq. Lakin qolu "Neftçi" vurdu. Fikirimcə bu gün biz iki xal itirdik, bir xal qaanmadıq".
Bu sözləri Korner.az-a açıqlamasında "İnter"in futbolçusu Asif Məmmədov deyib. Topaz Premyer Liqasının 7-ci turundan təxirə salınan oyunda "Neftçi" ilə heç-heçə edən "bankirlər"in futbolçusu onların baxımsız futbol oynamaqda qınayanlara səslənib:
"Mən deməzdim ki, bu gün "İnter" müdafiədə oturdu. Bizim oyun fəlsəfəmiz budu. Sadəcə "İnter" hücuma tez gedib qayıdır. Hamı da elə başa düşür ki, müdafiədə otururuq. Bu oyunda da biz ikinci hissədə demək olar ki, tam üstün futbol oynadıq. Şansımız çox oldu istifadə edə bilmədik. Sadəcə bəxtimiz gətirmədi".