Antalyada təlim-məşq toplanışında olan “İnter” dünən 3-cü sınaq matçına çıxıb.
Korner.az-ın məlumatına görə, “bankirlər” Ukrayna təmsilçisi “Metallurq”la (Zaporojye) üz-üzə gəlib.
Lakin,tərəflərdən heç biri fərqlənə bilməyib.Qeyd edək ki, baş məşqçi Kaxaber Sxadadze start heyətində bu oyunçulara güvənib:
"İnter": Revaz Tevdoradze, Ruslan Əmircanov, Vladimir Levin, Bryus Abdulaye, İlia Kandelaki, Abdulla Abatsiyev, Slavço Geogiyevski, İbrahima Niasse, Samir Zərgərov, Yuri Fomenko, Baçana Sxadadze