Bakı “İnter”i sabah Avstriya klubu “Şturm”la (Qrats) qarşılaşacaq.
Korner.az-ın məlumatına görə, sloveniyalı çalışdırıcı Darko Milaniçin komandası son mövsümdə liqanı 5-ci pillədə tamamlayıb və ölkə kubokunun yarımfinalına qədər gələ bilib.
Qeyd edək ki, Loypersdorf qəsəbəsinin “Ditersdorf” stadionunda oynanacaq “Şturm” – “İnter” matçı Avstriya vaxtıyla 18:30-da başlayacaq.
