Bu gün futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsinin növbəti oyunları baş tutacaq.
Korner.az-ın məlumatına görə, bu turnirdəki üçüncü təmsilçimiz "İnter" mövsümün ilk matçına çıxacaq.
"Bankirlər" Finlandiyanın "Mariehamn" klubunu qəbul edəcək.
"Bayıl Arena" stadionunda keçiriləcək matçın start fiti saat 21:00-da veriləcək.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 11-də keçiriləcək.
4 iyul
Avropa Liqası, I təsnifat mərhələsinin ilk oyunu
21:00."İnter" (Azərbaycan) – "Mariehamn" (Finlandiya)
Baş hakim: Serqeyus Sliva (Litva)
Bakı."Bayıl Arena" stadionu
Qol: Asif Məmmədov, 7// Alanzo Adlam, 72