“Kəpəz”lə oyundan sonra “İnter” istirahət etməyib. Korner.az-ın məlumatına görə, növbəti gün “bankirlər” “Şəfa” stadionunda toplaşıb və Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçiriləcək matçın hazırlıqlarına başlayıb.
Bu gün isə komanda saat 14.00-da məşqə çıxıb və hazırlıq prosesi saat yarım davam edib. Futbolçular məşqə isinmə hərəkətlərini yerinə yetirməklə başlayıb, sonra isə topla çalışıblar. Sabah həmçinin bir məşqin keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, “Sumqayıt” – “İnter” oyunu noyabrın 4-də keçiriləcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matç saat 14:00-da başlayacaq.