Avroliqanın III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Atletik”in qonağı olacaq “İnter” Bilbaoya yollanıb.
Korner.az-ın məlumatına görə, “bankirlər” bu gün vətəni tərk edib. Komanda Bilbaoya çarter reysi ilə yollanıb.
“İnter”in braziliyalı müdafiəçisi Denis Silva Kruz təyyarədəki fotosunu “Facebook”da yayımlayıb.
Qeyd edək ki, “Atletik” – “İnter” oyunu iyulun 30-da keçiriləcək.
