Samuel Eto`O “Antalyaspor”a keçid haqda danışıb.
Korner.az-ın məlumatına görə, kamerunlu forvard Türkiyə Superliqası haqda müsbət fikirlər səsləndirib:
“Sampdoriya”dan “Antalyaspor”a keçidimi geriyə addım hesab etmirəm. Çünki Türkiyə Superliqası Avropada ən inkişaf edən çempionatdı. Hər il bura dünya səviyyəli ulduzlar gəlir. Türk klubları avrokuboklarda da uğurla çıxış edirlər. Çünki ölkə çempionatında güclü rəqabət var. Odur ki, “Antalyaspor”a keçidimdən çox məmnunam. İtaliyada mümkün olan bütün titulları qazanmışam. İndi də həmin uğuru Türkiyədə təkrarlamaq istəyirəm”.
