Topaz Premyer Liqasının XV turunda “Qarabağ” “İnter”i qəbul etdi.
Korner.az-ın məlumatına görə, qarşılaşma ev sahoblərinin qalibiyyəti ilə başa çatdı – 1:0
Oyundan sonra “Qarabağ”ın futbolçusu İlqar Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
– Oyun
haqda fikirləriniz
– Oyun maraqlı keçdi. Rəqib yaxşı müdafiə olunurdu. İlk hissədə vurduğumuz qolu saxlaya
bildik.
– Ən
yaxın izləyicinizlə 8 xal irəlidəsiniz…
– Biz
ötən mövsümdə də xal fərqinə fikir vermirdik. Əsas olan öz oyunumuzu oynamaq
idi. Buna arxayn olmamaq lazımdı. 3 xallıq sistemdə 8 xallıq fərq heç nədi.
–
Etiraf edək ki, çempionatda “Qarabağ”la başa-baş mübarizə aparıb yaxşı müqavimət
göstərən komanda yoxdu…
– Belə düşünmürəm. “Neftçi”yə də uduzduq. Rəqiblər bizə qarşı həvəsli hazırlaşır. Bunu oyun zamanı görmək olur. Hiss olunur ki,
futbolçular özlərini yaxşı tərəfdən göstərmək istəyir. Qrafikimiz də gərgindi.
Bu gün də “İnter” oynamağa çalışırdı.
Ağıllı şəkildə müdafiə olunurdular.
–
Futbolçular açıqlama verərkən deyirlər ki, bütün komandalar bizə qarşı yaxşı
hazırlaşır. Səncə bu nədən irəli gəlir? Səncə belə çətindi sizə qarşı oynamaq?
– Yəqin
komandalara çəkinirlər. Amma bu açıq aydın görünür. Ən axrıncı oyunda belə “Neftçi”nin necə
istəkli olduğunu gördünüz.
–
Avroliqa barədə nə deyə bilərsən? Davam edə biləcəksinizmi?
– Çətin
olacaq. Amma hər bir futbolçu istəyər ki, davam etsin. Qalib gəlməliyik növbəti
mərhələ üçün. Çalışacağıq, əlimizdən gələni edəcəyik.
– Səncə,
niyə Qurban Qurbanov sənə güvənmir və Maksim Medvedev oynayır sənin cinahında?
– Bu
baş məşqçinin qərarıdı. Xüsusi bir şey yoxdu. Oturuşmuş heyətdi. Ehtiyac olanda
əlimdən gələni etməyə hazıram.