big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

İlkin Qırtımov futbolu atmaq istəyir: “Erməni deyilik ki, bizi bu qədər sıxırlar” – MÜSAHİBƏ

06.11.2012 , 13:19

“Simurq”un futbolçusu İlkin Qırtımov müsahibəsində “Turan”la oyunda baş verənlərə, eləcə də AFFA İntizam Komitəsi tərəfindən aldığı ağır cəzaya münasibət bildirib.

– Premyer Liqanın XII tur turu çərçivəsində “Turan”la qarşılaşdınız və son dəqiqədə buraxdığınız qolla qələbəni əldən verdiniz. Başlayaq elə bu oyundan..

– Qələbə qazanmaq istəyirdik. Təəssüflər olsun ki, alınmadı. Ancaq buna baxmayaraq, məğlub da olmadıq.

– Qələbə qazanmağınıza nə mane oldu.

– Hakimin qərəzli qərarları.

– Ümumiyyətlə, hakim idarəçiliyi barədə nə deyə bilərsən?

– Dünən “Space” TV də yayınlanan “Qol” verlişində mənim rəqibimlə olan epizodumu gördüm. Telekanalda həmin görüntüləri özlərinə sərf edən formada şərh edirlər. Düzdür, mən bugün onlara heç nə sübut edə bilmərəm. Yayınlanan görüntü elə düşüb ki, guya, mən rəqibimi vurmuşam. Halbuki, rəqib mənim sinəmə vurmağa cəhd göstəridi. Sizdən xahiş edirəm ki, o epizoda özünüz də diqqətlə baxasınız. Mən yerə yıxılmışdım və yerdən qalxmaq istəyərkən rəqibin legioner futbolçusu üstümə şığıyaraq məni vurmaq istədi. Mən isə, sadəcə, əlimlə ona mane olmağa çalışdım. Videogörüntüdə isə elə düşüb ki, sanki onu dirsəyimlə vurmuşam. Əsilində burada Anar Salmanovda günah görmürəm. O, həmin epizodu görmürdü.. Yalnız yan xətt hakiminin müdaxiləsindən sonra mənə qırmızı vərəqə göstərdi.

– Bəs sən necə, özündə az da olsa günah görürsən?

– Əlbəttə ki, səhvim var idi. Əvvəlcə hakimin üstünə qaçdım və sarı vərəqə aldım. Ardınca isə qırmızı vərəqə gəldi.

– Hakimin üzərinə getməkdə məqsədin nə idi?

– Onların futbolçusu bizim müdafiəçimizin ayağını tapdalamışdı. Mən də bunu görüb əsəbləşdim. Ancaq istənilən halda, mənə göstərilən sarı vərəqə düzgün idi. Lakin sonrakı qərarları düzgün hesab etmirəm. Bu arada, sizin vasitəniz ilə “Space TV”nin aparıcısı Tural Xudievə səslənmək istəyirəm. Dünən axşam o, öz verlişində qırmızı vərəqə alan yerli futbolçuların milliyə layiq olmadığını vurğulamışdı. Mən isə ona demək istəyirəm ki, nə qədər bizim kimi gənc futbolçuları boş yerə qırmızı vərəqələrlə cəzalandıracaqlar, heç vaxt millidə oynaya bilməyəcəyik. Yaxşı, qoy, onlar deyən olsun, bizim kimi gənc azərbaycanlı uşaqları milliyə dəvət etməsinlər. Qoy, getsinlər Almaniyanın 5-ci liqasında mübarizə aparan türk qardaşlarımızı çağırsınlar. Onlar milliyə daha çox “layiqdir”. Şəxsən mənə milli komanda lazım deyil. Biz öz gücümüzə oynayırıq, arxamızda heç kim dayanmayıb. Erməni deyilik ki, bizi bu qədər sıxırlar. Anar Salmanov mənə qırmızı vərəqə göstərdi, bununla da hər şey qurtardı getdi. Ancaq mən artıq həvəsdən düşürəm axı. Belə şeylərə görə futbolu atmaq istəyirəm.

– Sənə elə gəlmir ki, özündə də günah var. Çünki çox aqressivsən, tez-tez söyüş söyürsən. Məsələn, ötən mövsüm Zaqatalada baş tutan “Simurq” – “Kəpəz” matçında da idmançıya yaraşmayan hərəkət etdiyin üçün qırmızı vərəqə ilə cəzalanmışdın. Həmin matçda sənin qonaq azarkeşləri söydüyün iddia edilirdi…

– İndi bunu sizə izah edərəm. Söyüşdən başqa, eyni zamanda həm də iddia edirdilər ki, guya, mən azarkeşlərə tüpürmüşəm. Artıq bu hadisə oldu və keçmişdə qaldı. Mən özüm də bununla bağlı açıqlama vermişəm və nalayiq ifadələrə görə gəncəlilərdən üzr istəmişəm.

– Komanda yoldaşın Rasim Ramaldanovun qırmızı vərəqə aldğı epizoda da münasibətini öyrənmək istərdik. Həmin epizodun eynisi “Qəbələ” – “Neftçi” matçında baş verdi ki. Orad da Mahir Şükürov təkbətəkə gedən Kamananı tutub saxlamışdı. Lakin Anar Salmanovdan fərqli olaraq, həmin görüşün baş hakimi Fariz Yusifov Mahirə qırmızı deyil, sarı vərəqə göstərdi…

– Bəli, qardaşım tamamilə düz vurğuladın. Məhz buna görə də, mənim Azərbaycanda ən sevdiyim hakim Fariz Yusifovdur. O, çox güclü hakimdir.

– Yeri gəlmişkən, milli komandanın təlim-məşq toplanışına dəvət alan futbolçulardan biri də məhz Ramaldanovdu. Tovuzda aldığı vərəqənin onun millidəki karyerasına təsiri ola bilərmi?

– Bəli. Çünki mənim kimi Rasim da “sındı”. Kaş ki, cəza onun oyununa mənfi təsir göstərməsin. Lakin istənilən halda, futbolçuların həvəslərini “öldürürlər”.

– Artıq AFFA İntizam Komitəsi sizinlə bağlı cəzaları açıqladı. Konkret səni dörd oyunluq diskvalivikasiya etdilər. Buna münasibətin.

– Nə deyim, vallah daha mənim sözüm yoxdur. Sağ olsunlar, Allah canlarını sağ eləsin.

sportinfo.az

Son yazılar

To Top