“Mançester Yunayted”in futbolçusu Zlatan İbrahimoviç zədə səbəbindən karyerasını başa vuracağı iddia edilib.
Korner.az-ın məlumatına görə, bu barədə “Record” qəzeti yazıb.
Zədəsi ciddi olan 35 yaşlı hücumçu təxminən 9 ay müddətinə bərpa olacaq. Sonra isə Zlatan yaşıl meydanlara çətin ki, qayıtsın.
İbrahimoviç Avropa Liqasının 1/4 finalında “Anderlext”lə cavab oyununun 90-cu dəqiqəsində zədələnib.
