Avroliqanın III təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandıran “Hefle”nin futbolçusu Yohan Oremo oyundan sonra İsveç mətbuatına açıqlama verib.
Korner.az-ın məlumatına görə, hücumçu “Qarabağ”ın çox güclü klub olduğunu bildirib:
“Qarabağ” çox güclü rəqibdir. Onlar hər iki oyunda bunu sübut etdilər. Rəqibdən top almaq çətin idi. Buna görə də oyunumuz alınmadı. Rəqib topu özündə çox yaxşı saxlayırdı. Bəzi futbolçuların fərdi ustalıq səviyyəsi nəzərə çarpırdı. Onları saxlamaqda demək olar ki, mümkünsüz idi”.
