big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Heç razı qalmadım” – Samir Abasov

28.10.2022 , 20:51

Azərbaycan Premyer Liqasının XII turunda keçirilən “Turan Tovuz” – “Sumqayıt” matçından (1:0) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

Korner.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Rəqibi təbrik edirəm, amma indi deyəcəklərim onlara aid deyil. Təbrik edirəm onları. Ortada oyun yoxdursa, matç haqda nə danışasan? Birinci liqa səviyyəsində oyun alındı. Heç razı qalmadım. Temp yoxdu, qərarlar sıfırın altındadı. Belə olan halda, nə danışmaq olar axı? Paltardəyişmə otağında demişdik ki, diqqətsizlik oyunun taleyini həll edə bilər. Ya biz vurub udacaqdıq, ya da rəqib. Amma biz heç bəlkə də, qapıya zərbə endirmədik. Rəqibin də zərbəsi yadıma gəlmir. Oyundan-oyunda görünür ki, vəziyyətimiz kritikdi. Amma səbirli olmalıyıq. Özüm-özümə də bunu deyirəm. Heç nə edə bilmərik. Riçard Qadze variantı düşdü, gətirdik. Hücumçu problemi var idi, Qadzeni kömək etməsi üçün dəvət etdik. Görün hansı haldayıq ki, udmalı olduğumuz oyunları, futbolçunun formaya düşməsi üçün qurban veririk. Bilirik ki, bəlkə qeyri-adi bir şey göstərməyəcək.

– Mübariz, məğlubiyyəti qəbul etməyən məşqçisiz. Bu aylardakı vəziyyətiniz necədi?
– Sakitəm. Çünki gələndə vəziyyəti bilirdim. Səbr etməyib, qırmaqla heç nə düzəlməyəcək. Zaman lazımdı.

– “Neftçi”nin son oyunlarının nəticələrinə baxanda “ürəyinizdən tikan” çıxır?
– Bəs sizin?

– Belə də, baxıram…
– Mən də belə baxıram.

– Zədəliləriniz də az olmadı…
– Turenin epizodunu götürək, orada ötürmə verməlisən, var gücünlə vurursan, öz dizin sıradan çıxır. Ayağının topa qoyuluşub düzgün deyilsə, belə alınır. Todor Todorski oyuna gələndə özünü pis hiss edirdi. Qrip idi. Dünən də həkimlə məsləhətləşdik, qızdırması, filan yox idi, ona görə oynadı. Dedi ki, nə qədər dözəcəm, oynayacam. Yəni, əvəzlənməsi zədə ilə bağlı deyildi.

– Bu arenada futbolçu kimi oynamısınız, bu dəfə məşqçi kimi gəldiniz. Ab-hava necə idi?
– Ab-hava əla idi. Amma bu ab-havaya da futbol təklif etməlisən. Rəqibin azarkeşləri sevinərək oyundan ayrıldılar. Vallah, biz də qalib gəlsək, bunu deyəcəkdim, oyuna kənardan baxırsan, 1-2 ötürmə gedir, sonra? Bu nə futboldu? Nə deyəsən? İnanmıram ki, meydançanın süni olmasının oyuna təsiri olsun. Fikirlər doğru deyil, məsələ keyfiyyətdi. Verilən qərarlar nəinki düz deyil, yoxdursa, məlum məsələdi.

– Oyunun ədalətli nəticəsi nə idi?
– Elə 0:1 uduzmağımız.

– Yayda gələn transferləri göndərmək çətin olmayacaq? Çünki təzminat istəyə bilərlər. Bu məsələni necə həll edəcəksiz?
– Rəhbərliklə eyni fikirdəyik və bu yöndə də iş görürük. Hansısa futbolçunun göndərilməsi normaldı, bir futbolçu fərqli məşqçinin sisteminə uyğun gəlməyə bilər. Rəhbərlik yollarını axtarır. Ayrılan büdcədən kənara da çıxmaq istəmirik. Az, amma keyfiyyətli olsun. Bu yöndə də işləyəcəyik. Bir-iki məsələ var ki, üstündə dayanacağıq. Bəzi futbolçularla oturub danışacağıq. Çünki bəzi yanaşmalar xoşuma gəlmir. Həmin yanaşmaya səbr ediləsi deyilik. İşimiz komandanı növbəti oyuna hazırlamaqdı.

Son yazılar

To Top