Cüdoçularımızdan 3 medal
29.10.2022 , 00:43

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində 23 yaşa qədər idmançıların cüdo üzrə Avropa çempionatının ilk günündə cüdoçularımız 1 qızıl və 2 gümüş medal əldə edib.
Korner.az xəbər verir ki, -60 kq. çəki dərəcəsində final görüşündə iki Azərbaycan cüdoçusu Kənan İsmayılov və Nazir Talıbov mübarizə aparıb. Nəticədə Nazir Talıbov qalib gələrək qızıl medal qazanıb. Kənan İsmayılov isə yarışı gümüş medalla başa vurub.
-48 kq. çəki dərəcəsinədə mübarizə aparan cüdoçumuz Könül Əliyeva gümüş medal əldə edib.
