big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Çempionlar liqası

Havadakı ayaqlar

23.07.2013 , 23:16

…“Futbolda təsadüf olmur” – demişdi Böyükağa Hacıyev “Skenderbeu”yla Bakıdakı oyundan əvvəl. “Neftçi”nin bir il əvvəl Avropa Liqasının qrupuna düşməsinə işarə vururdu. Bu il daha artığını – Çempionlar Liqasının qrupuna vəsiqəni qazanmaqdı məqsədi. Əli ətəyindən uzun qayıdır.

…“Sürpriz edəcəm “Skenderbeu”ya” – demişdi Böyükağa Hacıyev Bakıdakı oyundan qabaq. Etdi də. 45 dəqiqə oynamayan “Neftçi”ymiş sürprizi, sən demə. Davamını Korçedə Kardozanı əsas heyətə salıb 36 dəqiqədən sonra Rəşadla əvəzləməklə gətirdi. Ayağı top tutmayan Elvin Yuniszadəni meydana buraxmaqla qazdı öz “qəbrini”. “Qırmızı”dan sonra 9 nəfərlə müdafiəyə “oturmağın” acısını dadmalıydı “Neftçi”, atam balası…

…Günahı hakimlikdə yox, özünüzdə axtarın, bəylər. Çıxın etiraf edin ki, Kanalesin yerini doldura bilmədiz. Etiraf edin ki, bu “Neftçi” keçənilki “Neftçi ”deyil. Keçən ildən keçənilki “Neftçi” deyil, əslində, atam balası…

…Avropa Liqasının qrup mərhələsinin verdiyi qazla hay-küy salarsan, birinə xox gələrsən, o birini döyərsən, axırda uzaqbaşı çempion olarsan, amma Avropada, qrup cəhənnəmə, ikinci dəfə bircə mərhələ də keçə bilməzsən, atam balası…

…Bir ayağı burda, o biri Rumıniyada olan, axırda Azərbaycanın ən yaxşı “qaz” olduğunu görüb “Neftçi”yə qayıdan Vobaylamı, bir ildə azərbaycanlı futbolçu səviyyəsinə düşən Bertuççiyləmi, bircə “asması” belə, ünvanına çatmayan Mahir Şükürovlamı, ehtiyatda əli-ayağı “pas atan” Elvinləmi, 90 dəqiqə ərzində bir qəpiklik oyun oynamayan Platyeyləmi, yoxsa getdikcə “mamauşağı”na çevrilən Flavinyoylamı gedəcəkdiz Çempionlar Liqasının qrupuna? Şablon olacaq bəlkə də… Bu futbolçularla Biləcəridən o yana getmək olmazdı, atam balası…

…Bir “Neftçi” fanatına hazırlıq oyunlarındakı “nəticələrinizi” və bir də transfer işlərinizi görüb, “bu il “Neftçi”dən çox qorxuram” – demişdim 2-3 həftə əvvəl. Avropa Liqasının qrup mərhələsi, ardınca gələn ikinci çempionluq sizi çox “havalandırdı”. Başınız buludlara çatırdı, hər şey və hər kəs aşağıdaydı…

…Ayağınız yerə dəysəydi, halbuki, “Skenderbeu”nu “bir ayaqla” keçə bilərdiz, atam balası…

Son yazılar

To Top