“Mil-Muğan”ın məşqçisi Elşən Hüseynov Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qəbələ”yə 0:7 hesabı ilə uduzduqları oyunu şərh edib.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, rəqibi qələbə münasibəti ilə təbrik edib:
“Hava şəraitinə hazır deyildik, bundan əlavə əsas heyətin 6 futbolçusu “Qəbələ”yə qarşı oynaya bilmirdi. Rəqib güclü komandalardan biri idi, biz bu oyuna nəzərən səhvlərimizi aradan qaldırmağa çalışacağıq”.