Halldorsson Antalyada kino ssenarisi yazır
25.01.2019 , 12:40

“Qarabağ”ın qapıçısı Hannes Halldorsson Antalyada “Piast”la keçirilən yoxlama oyunundan sonra Polşa mətbuatına açıqlama verib.
Qol.az xəbər verir ki, İslandiya millisinin üzvü əvvəlcə DÇ-2018-in qrup mərhələsində Argetina millisinin kapitanı Lionel Messinin penalti zərbəsini dəf etməsi ilə bağlı danışıb: “Messinin penaltini necə vuracağını bilirdim. Həm də zərbədən əvvəl onu ritmdən çıxarmaq üçün qışqırdım. İslandlar deyirlər ki, müdafiə olunmağı bacardıq”.
İkinci sənəti rejissor olan 35 yaşlı qolkiper Antalya toplanışı zamanı boş vaxt tapan kimi ssenari yazdığını qeyd edib: “Vaxtım olan kimi, otağıma gedib, qapını bağlayıram və film ssenarisi yazıram. Bu, hadisələrin İslandiya kəndlərinin birində yerləşən fermada baş verdiyi qeyri-adi triller olacaq. Ümid edirəm ki, bir neçə ildən sonra Polşadakı bir festivalda filmi izləyə biləcəksiniz”.
