FİFA referisi Ramil Namazov Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsinin C qrupunun oyunlarına təyinat alıb.
Korner.az-ın məlumatına görə, oyunlar noyabrın 19-dan 24-dək Qazaxıstanın Almatı şəhərində keçiriləcək.
Bu qrupda Qazaxıstan çempionu “Kayrat”la yanaşı Estoniyanın “Nikars”, Serbiyanın “Ekonomac” və Fransanın “Sportinq Paris” klubları mübarizə aparacaq.
