big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Gökhan Güləç: “Oktay belə söylədikdən sonra “Xəzər Lənkəran”a gəldim” – MÜSAHİBƏ

26.12.2012 , 14:08

“Xəzər Lənkəran”ın yeni transferi Gökhan Güləçin  müsahibəsi

– Bu gün “Xəzər Lənkəran”la 2 illik müqavilə imzaladız Transferiniz haqda fikirlərinizi öyrənmək maraqlı olardı…
– 10-11 il Türkiyədə oynadım. İlk dəfə ölkə kənarında çıxış edəcəyəm. Xaricdə oynayacağım üçün həyəcanlıyam. İnşallah, mənim üçün xeyirli olar.

– İlk dəfə xaricdə oynamağa görə tərəddüd etmədiniz?
– Mən yeni bir həyəcan axtarıram. Başqa yerlərlə, uzaq ölkələrlə də danışdım. Ancaq təklifin Azərbaycandan olmağı məni sevindirdi və buna görə ölkənizə gəldim.

– Türkiyə mətbuatına açıqlamanızda bildirmisiniz ki, hələ cari mövsümün əvvəlində “Xəzər Lənkəran”a keçə bilərdiniz. Ancaq o vaxt “Şanlıurfaspor”u seçdiniz…
– “Şanlıurfaspor”la anlaşandan sonra belə bir təklif gəldi. Orda da sözləşməni pozaraq, “mən buraya gəlim” demək bizə yaraşmazdı.

– Həmin vaxt fikriniz var idi ki, qış fasiləsində “Xəzər Lənkəran”a gələsiniz? Çünki son komanda ilə müqavilənizi özünüz pozmusunuz…
– Mövsümün gedişində mənə belə söyləmişdilər. Onsuz da mən ölkə xaricinə getmək istəyirəm. Bu üzdən düşündüm ki, görəsən Lənkəran komandasından təkrar təklif olarmı. Eyni şey olunca razılığımı verdim.

– Təbii ki, hər bir futbolçu yeni ölkəyə gələndə oranı, komandanı araşdırır. Sizin bununla bağlı nə məlumatlarınız var?
– Mən bura gələrkən Oktay Dərəlioğlu ilə danışdım. Bildiyiniz kimi, o, “Xəzər Lənkəran”da oynayıb, uğurlu mövsüm keçirib. Oktaya gələndə şərtlərin daha pis olduğunu, indi isə artıq çox gözəl olduğunu, bazanın yaradıldığını, stadionun Avropa standartlarında olduğunu mənə söylədi. O, getməyimi özəlliklə təkid etdi. Açığı, bir məlumatım Dərəlioğludan oldu. Oktay belə söylədikdən sonra “Xəzər Lənkəran”a gəldim.

– Karyeranızda uğurlar 2 il oynadığınız “Beşiktaş”la olub ki, Oktay da vaxtilə orada uğurlu çıxış edib…
– Bizim tanışlığımız bir neçə televiziya proqramında bir yerdə olmağımızdan yaranıb. Ancaq “Beşiktaş”la Oktayla eyni vaxtda oynamadıq. Bununla belə, telefonla danışırıq. O, mənim qardaşımdır, sevirəm.

– Türkiyədə uzun müddət Superliqada, habelə gənclər yığmasında oynamısınız. Həmin vaxt komandalarımız, futbolçularımızla yollarınız kəsişib?
– Azərbaycan inkişafda olan bir ölkədir, futbolu da irəliləyir. Bəlkə illər keçəndən sonra Türkiyəni keçəcək bir səviyyədədir. Çünki Türkiyədə xüsusilə aşağı liqalarda çox böyük problemlər var. Bu üzdən mən də I divizionda oynamaq istəmədiyim üçün Azərbaycanı seçməyim daha doğru olardı. Mən də belə etdim. Futbolçularınıza gəlincə, “Sivasspor”da oynamış İlqar Qurbanovu xatırlayıram. Bundan əlavə, “Əskişəhərspor”da Sadıqov vardı. Rəşaddır adı, eləmi?

– Bəli.
– Bu gün şirkətdə komandamızın futbolçusu olan Elnurla tanış oldum. Bu qədər, daha məlumatım yoxdur.

– Cari mövsümdə Türkiyənin I liqasında bir sıra futbolçularımız, milli üzvlərimiz oynayır. “Şanlıurfaspor”da oynadığınız vaxtda onları tanıyırsınız?
– Yox. Ancaq 3-4 futbolçunu, bizim Türkiyədə oynayanları tanıyıram.

– Premyer Liqamızda oynamaq perspektivinizi necə görürsünüz?
– Hər halda, final mərhələsinə 4 oyun qaldı. Bizim ora yüz faiz düşməyimiz lazımdır. Son durumu bilmirəm, ancaq hər halda, komandamız 6-cı yerdədir. Təbii ki, “altılığ”a düşəndən sonra məqsədimiz çempion olmaqdır.

– Yəni bura gələndə əsas məqsədinizin məhz bu olduğunu demək olar, yoxsa sizi bura gətirən başqa stimul var?
– Mən Türkiyədə 3 il çempion olan komandalarda olmuşam. “Beşiktaş”la yanaşı, “Bursaspor”da çıxış etmişəm. Keçən mövsüm I liqada çempion oldum. Karyeramı Superliqada oynamaq olaraq görürəm. Ordan təklif gəlməyincə, buraya gəldim. Deyə bilərik ki, inşallah, məqsədim növbəti çempionluğumu Azərbaycanda qazanmaqdır.

– Azərbaycandan sonra yenidən Superliqada oynamağı düşünürsünüz?
– Belə də ola bilər. Burada yaxşı mövsüm keçirdikdən sonra başqa ölkələrdə də oynamağım mümkün ola bilər. Onsuz da Türkiyədə 10 il oynadım, daha nə oynayacağam? Daha fərqli həyəcan, şeylər istəyirəm. İnşallah, burda uğurlu olaram və bundan sonra bəlkə başqa komandalara, ölkələrə üz tutdum.

– Lənkəranlı azarkeşlər çılğınlığı, doğma komandalarını çox yaxşı dəstəkləmələri ilə, stadionu doldurmaları ilə seçilir. Maraqlıdır, bu haqda məlumatınız var?
– Mən bunları eşitdim. Buraya gələndə də mənə bunu söylədilər. Dedilər ki, Lənkərandakı stadiona çox tərəfdar gəlir. Hər halda, digər komandalarla müqayisədə stadiona ən çox azarkeş “Xəzər Lənkəran”da gəlir. İnşallah, onlar rahat olsunlar. Ümid edirəm ki, bu mövsüm çempion olarıq.

– Maddi şərtlər seçiminizə nə dərəcədə təsir göstərdi? Bu baxımdan Türkiyə ilə Azərbaycanı müqayisə edəndə, nə dərəcədə fərq var?
– Maddi durumla bağlı heç danışmaq istəmirəm. Sonda biz peşəkarıq. Buraya gəldiksə, layiqli çıxış etməyimiz lazımdır.

– Baş məşqçiniz olan ispaniyalı Karles Martorell Bakeslə tanış olmaq imkanınız yarandı?
– Belə fürsətim olmadı. Ancaq baş məşqçimizin ispaniyalı olmağı mənim üçün bir üstünlükdür. Çünki İspaniya futbolu dünya futbolunun beşiyidir. Onun vasitəsilə çox gözəl əlaqələr qurub, futboldan sonra əlaqələrimi davam etdirmək istəyirəm. Çünki baş məşqçimizin İspaniyada çox önəmli adam olduğunu duydum. İnşallah, gözəl əlaqələrdə olarıq və mənə hər şəkildə yardımçı olar.

– İspaniya ilə əlaqələriniz, tanış futbolçularınız varmı?
– Yox. Sadəcə, baş məşqçimizin “Barselona”da işlədiyini bildim.

– Hücumçu olduğunuzdan, sizdən ilk növbədə qol gözləyəcəklər. Lənkəranlı azarkeşlərə bununla bağlı nə söz verə bilərsiniz? Azərbaycanda “Qol kralı” ola biləcəksiniz?
– Mən hücumçu olsam da, hər zaman orta sahədə oynayıram. Son 2 mövsümdə belə çıxış etdim. Ancaq İnşallah, burda yenidən hücumçu oynamaq istəyirəm. Bu, köhnə oynadığım, qol vurduğum mövqedir. “Kasımpaşa, “Urfaspor”da sağda, ortada oynamışam. Bu üzdən məhsuldarlığım bir az aşağı düşdü. Azərbaycanda yenidən hücumda oynayıb, çox qol vurmaq istəyirəm.

– Hazırda fasilədir. Türkiyəyə nə vaxt dönürsünüz?
– Bu gecə qayıdıram. Komandam yanvarın 14-də Antalyaya gələcək. Mən həmin vaxt ona Antalyada qoşulacağam. “Xəzər Lənkəran”ı bir müddət vətənimdə qonaq edəcəyik.

apasport.az

Son yazılar

To Top