big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Gökhan Güləç: “Mübariz bəyin qarşısında məyusuq” (MÜSAHİBƏ)

09.04.2013 , 08:29

“Xəzər Lənkəran” klubunun hücumçusu Gökhan Güləçin müsahibəsi
 
– Topaz Premyer Liqasının XXV turunun “Kəpəz”lə oyununda böyük hesablı qələbə qazanacağınız gözlənilsə də, bunu bacara bilmədiniz. Problem nədədir? 
 – Nə deyim? Vurmaq istədik, amma alınmadı. Şəxsən mənim 2 real qol şansım oldu. Lakin toru silkələyə bilmədim. 
 
– Bəlkə komanda ikinci “altılıq” oyunlarına motivasiya ola bilmir? 
 – Necə motivasiya olaq? Lənkərandan Bakıya yol qət edirsən, amma stadiona azarkeş gəlmir. Tribunada qışqıran, komandanı dəstəkləyən yoxdur. Bakıdakı oyunlarımız məşq atmosferində keçir. Düzdür, tək səbəbi bu deyil. Ancaq futbolçular daim azarkeşlərin onları dəstəkləməsini, ruhlandırmasını istəyir. Motivasiya üçün bu amil çox vacibdir. Həm də komandada mövsümün əvvəlindən bəri problemlər var. Təbii ki, hər oyun önəmlidir. Bütün diqqətimizi ölkə kubokunu qazanmağa yönəltmişik. Bunu bacardıqdan sonra yeni mövsümün planları cızılacaq.
 
– “Xəzər Lənkəran”ın bu duruma düşməsinin səbəbi nədir? 
 – Mən səbəbini bilmirəm. Komandaya qışda gəlmişəm. Məndən əvvəl nələr baş verib, xəbərsizəm. Həm də əvvəllər komandanın necə oynadığını görməmişəm. 
 
– Qarşılaşmanı izləyənlər arasında klubun fəxri-prezidenti Mübariz Mənsimov da var idi. Onun ümidlərini doğrulda bildinizmi? 
 – Mübariz bəy bu qədər vəsait xərcləyib. Tanınmış futbolçular dəvət edib, komanda üçün hər cür şərait yaradıb. Gördüyü işlərin qarşılığı belə olmamalı idi, bunun qarşılığını verə bilmirik. Mübariz bəyin qarşısında məyusuq. 
 
– Hazırkı baş məşqçiniz Con Toşak haqda nə deyə bilərsiniz? 
 – Onu karyerası göz önündədir. Toşak 2 dəfə Madrid “Real”ı kimi komandanı çalışdırıb. Bu, 1 dəfə olsaydı, deyərdim təsadüfən alınıb. İspaniyada, Türkiyədə klubların baş məşqçisi olub. Uzun müddət Uels yığmasına və başqa millilərə rəhbərlik edib. Onun bura gəlişi “Xəzər Lənkəran” üçün bir şansdır. Bildiyimə görə, Toşakla uzunmüddətli müqavilə imzalanıb. Ondan maksimum istifadə etməliyik.
 
– İkinci “altılıq” oyunlarında Toşak növbəti mövsümdə kimlərə güvənəcəyini müəyyənləşdirir. Həmin siyahıda adınız olacaqmı? 
 – Meydana çıxıb oynayıram. Qərarı isə rəhbərlik verəcək. Müqaviləm iki illikdir. Ancaq yayda yenidən danışmalıyıq. Bu barədə danışmaq hələ tezdir. Kuboku qazanıb, avrokuboklara çıxaq, sonrasına baxarıq. İndi işləmək vaxtıdır. Tempi artırmalı, çox işləməliyik. 
 
– Toşakın son iki oyunda sizə 26 dəqiqə şans verməsi nədən qaynaqlanır? 
 – O, yeni gəlib. Əvvəldən də məni tanımırdı. Baş məşqçi növbə ilə hamıya şans verir. Məncə, iki qol epizodu qaçırsam da, pis oynamadım. Vacib olan şansını düzgün dəyərləndirməkdir. 
 
– Qışda transfer olsanız da, cəmi bir qol vurmusuz. Komandaya hələ də uyğunlaşa bilməmisiniz? 
 – Özümdə də problem var. Çox işləməliyəm. Tez-tez baş məşqçi dəyişikliyinin də təsiri var. İndi özümü yeni çalışdırıcıya göstərməliyəm. Mən gələndə də komandanın nəticələri yaxşı deyildi. Motivasiya azdır. Azarkeşlər artıq tribunaları doldurmur. Amma əvvəllər stadionda boş yer tapılmırdı.

apasport.az

Son yazılar

To Top