big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Medinanın getməsi haqda əminliklə məlumat yoxdur” – Qurban Qurbanov

19.07.2023 , 22:46

Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ” – “Linkoln” oyunundan (4:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Korner.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Futbolçularımı təbrik etmək istəyirəm. Böyük hesablı qələbə qazansaq da, mübarizədən əl çəkmədik, çox güc sərf etdik. Yaxşı qələbə oldu. Fanatlara təşəkkür edirəm, gözəl atmosfer yaratmışdılar.

– Kevin Medinanın ehtiyatda qalması getməsi ilə bağlı idi?
– Getməsi haqda əminliklə məlumat yoxdur. Müəyyən səbəblərə görə əsas heyətdə olmadı. Ciddi maraqlanırlar, fikirləri var. Bu gün, sabah hələ bizlədir. Hər şey qaydasında olacaq.

– “Rakuv”la oyunöncəsi komandanı tam sınayan bildiz?
– Həmişə hər rəqibə ciddi yanaşırıq. Hər komandanın bizə yaşatdığı çətinliklər var. Zəif düşündüyümüz rəqib bir cür müdafiə olunur, digərləri başqa. “Linkoln”la oyunlar asan olmadı. Lakin “Rakuv”la matçda bəzi şeylər dəyişməlidir. Ciddi rəqibdir. Polşa futbolundan bir az fərqli oynayırlar. Oyun fəlsəfələri fərqlidir. İllərdir böyüyən və az zamanda çempion olmaq böyük uğurdur. Bu komanda ilə Antalyada da oynadıq və uduzduq. Fərqli komandadır. Qarşıda 5-6 günümüz olacaq. İnanıram ki, oyuna yaxşı hazırlaşacağıq.

– Benzia startda meydana çıxdı və fərdi keyfiyyətli ilə fərqləndi. O, istədiyiniz səviyyədədirmi?
– Benzianın bacarığına heç vaxt şübhəm olmayıb. Sadəcə uzun müddət futbolsuz qalmışdı. Tez-tez zədələnməsi problemlər yaradırdı. İndi də tam hazır deyil, 3-4 oyun belə səviyyədə keçirsə, daha yaxşı görərik. Ona ümidlərim böyükdür. Formasını bərpa etsə, komandaya fayda verəcək. Bu gün onun durumundan razı deyilik, tələsmədən onu yaxşı səviyyəyə gətirmək istəyirik.

– Bəhlul ilk hissədə mərkəz müdafiəçisi olmasına baxmayaraq, hücuma çox yönəlirdi. Bu, sizin tapşırığınız idi?
– Bəhlul topla irəli gedə bilirdi. Cərimə meydançasında olmağı sırf standart vəziyyətlərə görə idi. Düzgün mövqe seçə bilir və bundan istifadə edir. “Hücuma daha çox get” deməmişdim, amma hücuma tez başlaması ilə bağlı tapşırıq var idi.

– “Qarabağ”la çatmaq istədiyiniz ən böyük arzunuz nədir?
– Hansısa həddə çatmaq, böyük uğur qazanmaq istəyirəm desəm, bəlkə yanlış olar. Hər zaman mübariz komanda olmasını istəmişəm. Azərbaycanda bu ad fərqlənir, əlavə şərhə ehtiyac yoxdur. Nə qədər güc lazımdırsa, sərf edəcəm ki, “Qarabağ” uğurlu olsun. İrəli getmək istəyimizdir. Nə qədər bacardığımızı görürsünüz.

– Azarkeşlərin müsbət və mənfi reaksiyaları futbolçulara necə təsir edir?
– İstəyirəm ki, fikirlər müsbət olsun. Futbolçular böyük yükün altına girirlər, onlara müsbət yanaşmaq lazımdır. Onlar hər zaman bacarıqlarından artığını etməyə çalışırlar. Ümumilikdə, bütün futbolçularımıza müsbət yanaşmalıyıq. Hər zaman azarkeşlərə qarşı pozitiv olmuşam. Fanatların şəxsi fikri, istəyi olur. Belə hallar futbolu daha da gözəlləşdirir. Azarkeşlərin neqativ fikirləri bizə pozitiv reaksiya verir.

– Komandada sırf mərkəz hücumçusu yoxdur. Bu istiqamətdə işlər gedirmi?
– Sırf mərkəz hücumçusu axtarsaq dünya klublarında az rast gələrik. İndi futbol fərqlidir. Mərkəz hücumçusu bəzən çox da vacib olmur. Hər komandanın öz üslubu, tələbləri var. Bu gün Cicadan. Juninyodan, Keytadan istifadə edə bilərik. Sıxıntı olduğunu düşünmürəm. Hücumçularımız bizə uyğundur. Bu gün ön xəttdəki oyunçulardan razıyam.

– Azərbaycan futbolunda elə atmosfer yaratmısız ki, hər kəs “Qarabağ”dan danışır. Hamı düşünür ki, bundan sonra transfer olacaqmı? Bu məsələ ilə bağlı nə planlar var?
– Transfer bazarı işimizin ən vacib hissəsidir. Heyətimizdə 25 futbolçu olsa da, oyunçularla maraqlanırıq. Daim axtarışdayıq. Bəzən tez alınır, bəzən gec. Transfer bazarında aktivik, yeni oyunçular cəlb etmək istəyirik. Bir neçə futbolçu ilə danışıqlar gedir. Elə futbolçular var ki, çoxdandır onları izləyirik. Bəzən düşünmədiyin anda transfer alınmır. 20-25 gün əvvəl başımıza belə hal gəldi. Biletə qədər almışdıq, amma son anda alınmadı. Bizdən asılı səbəblər olmur. Daim axtarışdayıq. Alına da bilər, alınmaya da. İddialı komandalar artıq, maraqlı çempionat olacaq.

Son yazılar

To Top