"Altılığa düşmək üçün vacib oyun idi".
Korner.az-ın məlumatına görə bu sözləri "Simurq" komandasının baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən "Simurq"-"Qəbələ" oyunundan sonra deyib.
“Altılığa düşmək üçün vacib oyun idi. Çox yaxşı komandaya qarşı oynadıq, çətin oyun oldu. Üç xal qazandığımız üçün komandaya təşəkkür edirəm”.