“Fənərbağça” baş məşqçisini göndərdi
21.12.2021 , 02:04
“Fənərbağça” baş məşqçisi Vitor Pereyra ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Portuqaliyalı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.
Pereyra bu ilin yayından İstanbul təmsilçisini çalışdırırdı.