big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Futbolla gülünc səbəblərdən vidalaşan 4 oyunçu – YAZI

13.01.2016 , 13:38

Futbolçu
ömrü çox qısadı. Əgər normal bir futbolçu 18-20 yaşlarında komandasında əsas
heyətdə oynaya bilirsə, onun stabil oyun göstərmək üçün cəmi 7-8 mövsümü
olur. Daha sonra yaşla əlaqədar futbolçunun performansı düşür və 4-5 mövsüm
sonra özünə iş yeri axtarır. Nəhayətdə karyerasını başa vurur. Təbii ki, bura
Messi, İbrahimoviç və Ronaldo kimi futbolçuları aid etmək olmaz.

Bəzən
futbolçular öz karyeralarını gözləniləndən daha tez başa vurur. Kimisi bu işdən
bezir, kimisi halal zəhməti ilə qazandığı pulu xərcləmək üçün, kimisi oxumaq
sevdasına düşdüyü üçün və kimisi də hətta dünyanın sonuna hazırlaşmaq üçün
futbolu buraxır. Futbola heç dəxli olmayan səbəblərdən öz karyerasını bitirən 4 oyunçunu tanıyaq.

1.
Xidetoşi Nakata
Futbolu buraxma səbəbi: Bezir

Bu
futbolçunu Yaponiya futbolunun parlaq siması saymaq olar. Məhz, Nakata dünyaya
asiyalıların da futbol oynaya bildiyini sübut edənlərdəndi. O, demək olar,
oynadığı bütün klublarda sevilirdi. Əsasən də, karyerasının İtaliya dövrü
Nakatanı dünya futboluna tanıtmışdı. “Peruca”, “Roma”, “Parma”, “Fiorentina” və
“Bolonya” kimi klublarda top qovan yapon futbolçu Avropada son olaraq “Bolton”
komandasının uğurları üçün çalışıb. Ölkəsindəki azarkeşlər isə onu az qala
ilahiləşdirirdi. Yaponiyadaki abu-hava Nakatanı şou-biznes ulduzuna çevirdi. “Tumgözlülər”in
Bekhemi hesab edilən futbolçu tərzinə xüsusi fikir verirdi. Bütün bunlar
Nakatanı futboldan uzaqlaşdırdı. Reklam şirkətlərindən gələn təkliflər, yeni
saç stilləri və “zibil kimi” pullar onu təbii olaraq futboldan bezdirdi.
2006-cı il Almaniyadaki mundialdan sonra karyerasını bitirən futbolçu: “Mən hələ
cavanam və bundan istifadə etmək istəyirəm”, – deyə bəyan etmişdi. Beləliklə,
Nakata 29 yaşında futbolla vidalaşır və bizneslə məşğul olur.

2.
Artyom Bezrodnıy

Futbolu buraxma səbəbi: dostlar və qızlar

Bu futbolçu azərbaycanlı azarkeşlərə də
tanışdı. “Spartak” klubunun gələcəyi parlaq olan futbolçuları sırasında olan
Artyom Bezrodnıy ulduz furbolçuya çevrilə bilərdi, əgər… Bu cümləni Bezrodnıyın
taleyinə biganə yanaşan insan istədiyi kimi tamamlaya bilər. Əsl səbəb isə başqadı.
İlk olaraq bütün futbolçuların bəlası – zədə Artyomun qarşısını alırdı. Məcburi
istirahət rus futbolçuya elə də yaxşı təsir etmirdi. Gənc olan oyunçunun
paxıllıq hissləri onun ümumi klub normativlərini pozmağa vadar edirdi. Bundan
sonra işləri o qədər də yolunda getmirdi. Öz potensialını heç cür nümayiş etdirə
bilmirdi. Həmin dövrdə “Spartak”ın idman direktoru olan Aleksandr Şikunov Artyomun
qızlara düşkün olduğunu və futboldan çox dostları ilə boulinq oynamağı
sevdiyini demişdi.  Rəsmi olaraq 2003-cü
ildə karyerasını bitirən Artyomun son klublarından biri hazırda “haqqın rəhməti”nə
qovuşan və “Mil-Muğan” adı ilə fəaliyyət göstərən “MKT Araz” komandası idi. Azərbaycan
karyerası da futbolçuya heç nə vermədi: cəmi 4 oyun, 0 qol və əsgərlikdən
yayınma xəbərləri… 24 yaşıdan karyerasını bitirən Artyom Bezrodnıy hazırda öz
yaxınları ilə birlikdə yaşayır və çətin ki futbola qayıtsın.

3.
Karlos Roa
Futbolu buraxma səbəbi: dünyanın sonuna hazırlaşırdı

Öz
dövründə La Liqanın seçilən qapıçılarından olan Roa “Malaqa”nın heyətində özü
haqda söz dedirtməyi bacarmışdı. Argentina yığmasının da “nömrə 1”i olan əlcək sahibi
futbolçular üçün normal, qapıçılar üçün isə bir qədər tələskən – 30 yaşında
karyerasını başa vurur. 1999-cu ildə o, yaxınlarına Meksikaya dünyanın sonuna
hazırlaşmağa getdiyi deyir. Dinə imana gələn qapıçı evində oturub dünyanın
sonunu gözləyir. Qapıçı dünyada hər şeyin qaydasında olduğunu öyrəndikdən
sonra yenidən futbola qayıtmaq istəyir. Çox çalışan qapıçı yüksək səviyyəli
oyun göstərsə də, “bəxti açılmırdı”. Elə də pis olmayan, amma həddindən çox dinə
meyil edən qapıçının karyerası 2006-cı ildə sona çatdı.

4.
Conatan de Falko
Futbolu buraxma səbəbi: pornostar olmaq arzusu

Conatan
de Falko heç zaman xüsusi istedadı olan futbolçu hesab edilməyib. O, Belçika
klublarında necə deyərlər başını aşağı salıb öz oyununu oynayırdı. Beləcə, 27
yaşında karyerasını bitirən futbolçu birdən cinsini “dəyişib” daha fərqli işə yönəlir.
İlk olaraq, özünün cinsi dəyişkənliyini ictimayətə bildirən de Falko bir neçə
studiyalarla geyporno filmlərə çəkilmək üçün müqavilə imzaladığını deyib. Stani
Falkone ləqəbi ilə videolara çəkilən keçmiş futbolçu beləcə öz karyerasını məhv
edir.

Məmmədov İlkin

Son yazılar

To Top