“Latsio”nun hücumçusu Miroslav Kloze bu mövsümün sonu futbolçu karyerasını başa vuracaq.
Korner.az-ın məlumatına görə, Almaniya millisinin 37 yaşlı sabiq oyunçusu ölkəsinin aşağı yaş qrupu üzrə yığma komandalarından birində məşqçi kimi çalışacaq.
Onun bu yay Çin və ABŞ klublarından aldığı təklifi rədd etdiyi bildirilir.
