İsveç çempionatında 26-cı turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, Azərbaycan millisinin yeni üzvü Emin Nurinin komandası “Kalmar” doğma arenada “Hekken”lə qarşılaşıb.
Görüş ev sahibi komandanı 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Özbəkistanla yoxlama matçında yığmamızın heyətində debüt edən və həmin matçda da zədələnən yarımmüdafiəçimiz isə bu matçı da buraxmalı olub. O, son olaraq 20-ci turda meydana çıxıb.
Qeyd edək ki, “Kalmar hazırda 35 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.
