Futbol üzrə Türkiyə Super Liqasında 29-cu turun bir sıra oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Əli Gökdəmirin komandası “Elazığspor” öz meydanında “Qaziantepspor”u qonaq edib və 2:1 hesablı qələbə qazanıb.
Gökdəmir zədəsinin müalicə etdirdiyi üçün bu oyunda iştirak etməyib.
Hazırda “Elazığspor” 31 xalla yarış cədvəlində 15-ci sırada qərarlaşıb.