Futbol üzrə Portuqaliya Kubokunda üçüncü mərhələnin oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası – Lissabon “Atletiko”su da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası “Beyra Mar”la qarşılaşıb. Oyun Amitin komandasının 3:0 hesablı qələbəsiylə başa çatıb.