Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts karyerasını Münhenqladbax “Borussiya”sında davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, klub prezidenti Rolf Koniqs bu mütəxəssisi baş məşqçi Lusian Favrın məsləhətçisi görmək istəyir.
Qeyd edək ki, Foqts futbolçu karyerası dövründə məhz bu komandada çıxış edib. O, hazırda da Münhenlaqdax klubunun əsas fanatlarındandı.