“Portu”. Futbolla uzaqdan-yaxından maraqlanan hər kəs yəqin ki, bu klubu yaxşı tanıyır. Son illər bu klubun sürətli inkişafı göz qabağındadır. Onlar buna təsadüf nəticəsində nail olmayıblar. Komandanın hazırkı yüksəlişi illər sürən zəhmətin bəhrəsidir. Necə deyərlər: “Moskva bir gündə qurulmayıb”. Düzgün infrasktuktur,uşaq futboluna ayrılan diqqət bu klubu əsl “futbolçu fabriki”nə çevirib. Portuqaliyalılar maddi cəhətdən Avropada “xodgedən” klublardan deyil. Komanda üçün proritet məsələ budur: düzgün skaut sistemi qur,istedadlı uşaqları üzə çıxart, onlarla uğur qazan və böyük məbləğdə Avropa klublarına sat.
“Portu”nun skautları Cənubi Amerikaya xüsusi diqqət göstərirlər. Çünki, istər Braziiya, istərsə də, Argentinada istedadlı uşaqların sayı minlərlədir. Xüsusən də, Braziliya ilə Portuqaliyanın tarixi bağlılığını nəzərə alsaq, braziliyalılar bu yeni ölkəyə uyğunlaşmaqda çox da çətinlik çəkmirlər.
İndi isə gəlin, bu klubun son illərdə üzə çıxardığı futbolçulara qısaca nəzər yetirək.
Anderson
“Portu”ya 2006-cı ildə, Braziliyanın “Qremio” klubundan gəlib. Özü də nə az, nə çox – 7 milyon avroya! Çoxları həmin vaxt bu pulları itilmiş hesab edirdi. Amma bircə il sonra qiyməti 4 dəfə artan Anderson (30 milyon avro) “Mançester Yunayted”in yolunu tutdu. “Xəyallar arenası”nda 7 il ərzində xeyli matçda forma şansı əldə edən braziliyalı bu il “Fiorentina” icarəyə verildi.
Rikardo Karvalyo
Uşaq futbolunun yetişdirdiyi daha bir ulduz futbolçu. Joze Mourinyonun “Portu”da işlədiyi vaxtlarda heyətdəki əvəzolunmaz fiqurlardan biri. 2004-cü ildə Çempionlar Liqası kubokunu başı üzərinə qaldırmağı bacarmışdı. Mou “Çelsi”yə keçəndə Karvalyonu da yanında görmək istədi və bu keçiddən “Portu” 30 milyon avro qazandı.
Qeyd edək ki, futbolçu hazırda “Monako”dadır.
Rikardo Kuarejma
Kuarejma “Sportinq”in uşaq komandasında yetişib. Burada diqqət çəkdikdən sonra “Barselona” 2004-cü ildə onu öz akademiyasına cəlb etdi, lakin bu uzunömürlü olmadı. Futbolçunun transfer hüququnu ələ keçirmək üçün 6 milyon avro “tərləyən” “Portu” bunun əvəzini artıqlaması ilə çıxmağı bacardı. Belə ki, 2008-cil də “İnter” bu futbolçu üçün 24 milyon avrosundan keçmişdi.
Burada bildirmək lazımdır ki, futbolçu son illərdə ondan gözlənilən verə bilmir. “Çelsi”, “Beşiktaş”, “Əl-Əhli” macərasından sonra futbolçu doğma klubu “Portu”ya qayıtdı.
Joao Moutinyo
Moutinyo “Sportinq”də 5 il forma geyindikdən sonra aldığı radikal qərarla əzəli rəqib“Portu”nun düşərgəsinə üz tutur. Bu keçid “Portu”ya 11 milyon avroya başa gəlir. Klubda keçirdiyi 3 il ərzində özünü yaxşı tərəfdən göstərən Moutinyo 2013-cü ildə Xames Rodrigeslə birlikdə 25 milyon avro qarşılığında “Monako”ya üz tutur.
71 dəfə milli komandanın formasını geyinən futbolçu ötən mövsüm klubunun Liqa-1-i 2-ci pillədə tamamlamasında böyük rol oynayıb.
Pepe
“Maritimu”dan cəmi 2 milyon avroya transfer edilən futbolçu “Portu”da oynadığı 3 il ərzində nəhəng klubların diqqətini çəkməyi bacarıb. 2007-ci ildə 30 milyon avro qarşılığında “Real Madrid”də gələn Pepe indi də əsas heyətdə əvəzolunmaz futbolçulardan biri hesab olunur.
Avropanın ən yaxşı müdafiəçilərindən biri hesab olunan portqaliyalı hər zaman çılğın hərəkətləri və aqqresivliyi ilə digərlərindən fərqlənib.
Hulk
Braziliyalı futbolçu “Portu”ya Yaponiyanın “Tokio Vendri” (!) klubundan gəlib. “Portu” bunun üçün 19 milyon avrosundan keçməli olub. Bir-birindən uğurlu keəçn 4 mövsümün ardından onun üçün “div”lər sıraya düzülmüşdü. O isə karyeranı yox, pulu seçməyi daha üstün tutdu. 2012-ci ildə Sant-Peterburq “Zenit”inə 55 milyon avro qarşılığında transfer olunan futbolçu əsas heyətin daimi üzvü hesab olunsa da, oyun planında böyük gerilədiyi açıq-aşkar hiss olunur. O, artıq Braziiya millisindəki yerini də yavaş-yavaş itirmək üzrədir…
Radamel Falkao
Kolumbiyalı futbolçu 2009-cu ildə 5.5 milyon avro qarşılığında “River Pleyt”dən Portuqaliyaya üz tutub. Burada özünü yaxşı tərəfdə göstərən Radamel bu illr ərzində rəqib torlarını 72 dəfə silkələməyi bacarıb. Qısa zamanda bütün Avropanın diqqətini öz üzərinə çəkməyi bacaran Falkao 2011-ci ildə “Atletiko”ya (Madrid) üz tutur. Bu transfer üçün Madrid klubunun kassasından 40 milyon avro çıxır. Burada da özünü yaxşı tərəfdən göstərməyi bacaran kolumbiyalı, əfsuslar olsun ki, bunun davamını gətirə bilmir. 2013-cü ildə 60 milyon avro qarşılığında “Monako”ya gələn futbolçu əvvəlki formasından çox uzaqdır. Bu ilin yanvarında Fransa kubokundakı oyun zamanı aldığı ağır zədə onun karyerasına növbəti böyük zərbə idi. Futbolçu hazırda “Mançester Yunayted”in heyətində tər tökür.
Xames Rodriges
“Portu”nun bir başqa kolumbiyalı kəşfi . “Banifild”dən 5.1 milyona transfer olunan Xames qısa zamanda özünü doğrultmağı bacardı və “Monako” bu gənc istedadı öz heyətinə qatmaqda da gecikmədi. Bu isə əyalət klubuna 45 milyon avroya başa gəldi.
“Monako”da 38 matçda 10 qol vuran Xames əsl partlayışı bu ilki DÇ zamanı göstərdi. 5 görüşə 6 qol sığdırmağı bacaran futbolçu bununla da “Balon D’or” titulunu qazana bildi. Bu yay isə “Real” (Madrid) onu 80 milyon avro qarşılıına heyətinə cəlb etdi.
Ürfan Məmmədzadə
